Böyük beşliy'in ən yaxşıları: Ter Ştegen və Barselona

  • 24 Yanvar 2023 14:53
  • 68

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen qapıya ünvanlanan zərbələrin dəf edilməsi faizinə görə Avropanın TOP-5 liqalarında liderlik edir. Corner.az xəbər verir ki, 29 yaşlı qolkiper cari mövsümdə İspaniya La Liqasında zərbələrin 84.6 faizində komandasını xilas edib.
 
Alman oyunçunu Fransanın “Reyms” klubunun qapıçı Yevann Diuf izləyir (83,9%). Nik Poup (“Nyukasl”, İngiltərə – 82,3%) üçüncü, Jeronimo Rulyi (“Vilyarreal”, İspaniya – 82,1%) və Kepa Arrisabalaqa (“Çelsi”, İngiltərə – 82%) növbəti pillələrdə qərarlaşıb. Siyahıya bu mövsüm ən azı 25 qurtarış edən qapıçılar salınıb.
 
“Barselona” La Liqada keçirdiyi 17 oyundan 13-ündə qol buraxmayıb və qapısında cəmi 6 top görüb. Bu, Avropanın aparıcı çempionatlarında ən yaxşı göstəricidir.