Mahir Emreli zədəsini sağaltdı

  • 24 Yanvar 2023 19:49
  • 56

Azərbaycan millisinin hücumçusu Mahir Emreli zədəsini sağaldıb. Corner.az saytının Xorvatiya mətbuatına istinadən məlumatına görə, Zaqreb “Dinamo”unun forvardı kollektivlə birgə məşqlərə qoşulmağa hazırlaşır.
 
Belində ağrıları olan 25 yaşlı oyunçunun tibbi müayinədən sonra vəziyyətinin yaxşılaşdığı müəyyənləşib. Mahir sabahdan komandaya qoşulacaq. Baş məşqçi Ante Çaçiç Xorvatiya çempionatının növbəti turunda “Lokomotiva” ilə görüşdə Emrelini start heyətində meydana buraxmağı planlaşdırır.
 
Qeyd edək ki, 19-cu turun “Dinamo” – “Lokomotiva” oyunu yanvarın 28-də keçiriləcək.