Qarabağ'dan təklif gələndə, dərhal razılaşdım

  • 24 Yanvar 2023 19:55
  • 111

"Olimpiakos”da oynayarkən baş məşqçi Paulo Bento mənə çox güvənirdi. Amma sonradan onu istefaya göndərdilər. Yeni baş məşqçi isə komandada heyətlə bağlı çoxlu dəyişikliyə əl atdı. Belədə mən də getmək barədə düşünməyə başladım”. Corner.az xəbər verir ki, bu sözlər Norveç millisinin sabiq futbolçusu Tarik Elyunussə məxsusdur.

Bir vaxtlar “Qarabağ”da çıxış etmiş 34 yaşlı hücumçu, Çempionlar Liqasında oynamaq istədiyi üçün Azərbaycandan aldığı təklifi dərhal qəbul etdiyini bildirib: “Ona görə də “Qarabağ”da icarədə oynamaq variantı yaranan kimi, dərhal razılaşdım. Lakin orada erkən zədə ilə üzlədim. Əvvəlcə bunun o qədər də ciddi olacağını düşünmürdüm, ancaq yeddi oyun öz sözünü dedi. Ayaq biləyim çox zədələnmişdi. Vəziyyəti daha da ağırlaşdırmamaq üçün əlimdən gələni etdim, amma alınmadı. İcarə müddəti bitəndən sonra “Olimpiakos”a qayıtmaqdan söhbət gedə bilməzdi, ona görə də AİK-i seçdim”.

Xatırladaq ki, “Qarabağ” UEFA Çempionlar Liqasının qrup mərhələsində oynadığı 2017/18 mövsümündə norveçli oyunçunu bir mövsümlük icarəyə götürmüşdü. Nəticədə o, Ağdam klubunun heyətində “Çelsi”, “Atletiko” (Madrid) və “Roma” kimi klublara qarşı oynamaq şansı qazanmışdı. Lakin Azərbaycanda cəmi 8 oyuna çıxan və 1 qolla yadda qalan Tarik, dekabr ayında “Qarabağ”dan ayrılmaq məcburiyyətində qalmışdı.