Avropanın ən yaxşı futbolçusu müəyyənləşdi

  • 6 Fevral 2023 11:56
  • 72

Fransa yığmasının və PSJ-nin hücumçusu Kilian Mbappe 2022-ci ildə Avropanın ən yaxşı futbolçusu adına layiq görülüb. Corner.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 25 yaşlı forvardı bu ada layiq görüb.
 
Qitədə rəmzi komandaya düşən Mbappe onların arasından ən yaxşı seçilib. Mbappenin bu ada yiyələnməsində ötən il Qətərdə keçirilən dünya çempionatını 7 qolla bombardir kimi başa vurması böyük rol oynayıb.
 
Qeyd edək ki, Fransa yığması DÇ-2022-nin finalında Argentinaya məğlub olaraq, ikinci yeri tutub.