Messiyə zəng etdi, üzr istədi

  • 17 Mart 2023 17:35
  • 76

PSJ-nin hücumçusu Lionel Messi ilə “Barselona”nın prezidenti Xuan Laporta arasında telefon danışığı olub.

Corner.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin prezidenti argentinalı ulduza zəng edərək, vaxtı ilə “Barselona”da onun müqaviləsi ilə bağlı yaranmış vəziyyətə görə üzr istəyib.

35 yaşlı futbolçu üzrxahlığı qəbul etdiyi və “Barselona”da yenidən çıxış etmək arzusunda olduğunu bildirib.

Argentinalı hücumçunun Paris klubu ilə hazırkı müqaviləsi 2023-cü ilin yayına kimi hesablanıb.

Messi bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 31 oyuna çıxıb, 18 qol vurub və 17 məhsuldar ötürmə edib.