Mustafayevli Aleksandriya'dan daha bir heç-heçə

  • 18 Mart 2023 13:50
  • 37

Ukrayna Premyer Liqasında 18-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Emil Musatafayevin formasını geyindiyi “Aleksandriya” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv Xarkov “Metalist”ini qəbul edib. Futbolçumuzun komandası bu görüşdən heç-heçə ilə ayrılıb - 0:0.
 
Mustafayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 74-cü dəqiqədə əvəzlənib.
 
“Aleksandriya” hazırda 28 xalla 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.