Onun Qarabağ'a qarşı oynamasına təəccübləndim

  • 27 Mart 2023 21:14
  • 91

"Qalatasaray”ın müdafiəçisi Abdülkerim Bardakçının “Qarabağ”la keçirilən yoldaşlıq görüşündə iştirak etməsi “ay-ulduzlular”ın baş məşqçisi Ştefan Kuntzu təəccübləndirib.
 
Corner.az xəbər verir ki, almaniyalı mütəxəssis səhhətindəki problem səbəbindən millinin düşərgəsindən ayrılan 29 yaşlı futbolçunun dünənki qarşılaşmanın ikinci hissəsində meydana çıxmasını qınayıb:
 
“Bazar günü toplanış üçün bir araya gəldik. Abdülkerim isə dörd günlük vaxtın üç gününü xəstəxanada keçirdi. Oradakı həkimin bizə təqdim etdiyi raportda Abdülkerimin dincəlməyə ehtiyac duyduğu və iki həftə müayinə olunacağı yazılmışdı. Biz futbolçularımızı əsla riskə atmarıq. Ancaq onun “Qarabağ”la oyunda meydana çıxmasına təəccübləndim. Oynaya biləcək durumda idisə, bura gəlməsi bizim üçün daha yaxşı olardı”.
 
Qeyd edək ki, “Qarabağ” – “Qalatasaray” oyunu Türkiyə klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.