Paraqvay Çiliyə məğlub oldu

  • 28 Mart 2023 12:06
  • 47

Dünyanın yaşıl meydanlarında milli komandalar səviyyəsində yoldaşlıq oyunları keçirilir. Corner.az xəbər verir ki, ötən gecə daha bir neçə belə görüş baş tutub.

Günün ən maraqlı görüşü Çili və Paraqvay yığmaları arasında olub. Beş qolun və iki qırmızı vərəqənin qeydə alındığı bu oyunda Çili yığmasə qələbəyə sevinən tərəf olub. Şimali Makedoniya yığması Farer adaları ilə oyundan qələbəyə sevinib.

Yoxlama oyunları
27 mart

Şimali Makedoniya – Farer adaları 1:0
Yunanıstan – Litva 0:0
Livan – Oman 0:2
Çili – Paraqvay 3:2