Barselona azarkeşləri paradda: Messi! Messi!

  • 16 May 2023 17:22
  • 67

"Barselona" azarkeşləri çempionluq paradı zamanı Lionel Messinin adını səsləndiriblər.

Corner.az xəbər verir ki, Kataloniya təmsilçisi La Liqanın 34-cü turunda bazar günü "Espanyol"a qalib gələrək (4:2) çempionluğu rəsmiləşdirib. Parad zamanı  komandanı daşıyan avtobus Barselona küçələrində hərəkət edərkən azarkeşlər “Messi! Messi!" şüarları səsləndiriblər.

Komandanın sabiq futbolçusu, 35 yaşlı hücumçu 2004-2021-ci illərdə "Barselona"nın formasını geyinib. Hazırda PSJ-də çıxış edən forvardın bu klubla müqaviləsi 2023-cü ilin yayına qədərdir. Onun azad agent kimi Kataloniya təmsilçisinə qaydacağı gözlənilir.