Ən çox qazanan 3 futbolçu

- 16 May 2023 18:38
- 93
“Forbes” nəşri 2022-ci ildə ən çox qazanc əldə edən
idmançıların siyahısını açıqlayıb.
Corner.az xəbər verir ki, gözlənildiyi kimi ilk 3 sırada
futbolçular qərarlaşıb.
İlk pilləni ildə 136 milyon dollar qazanan Kriştiano Ronaldo tutubsa, 2-ci yerdə 130 milyon dollar gəlir əldə edən Lionel Messi qərarlaşıb. 3-cü yeri tutan Kilian Mbappe isə ötən il 120 milyon dollar qazanıb.
Həmçinin siyahıda ilk onluqda həmçinin 3 basketbolçu da qərarlaşıb. “Los Anceles Leykers”in ulduzu Lebron Ceyms 119,5 milyon dollarlıq gəlirlə 4-cü yerə çıxıb. “Qolden Steyt Uoirriors”un ulduzu Stefen Körrio 110,4 milyon dollarla 8-ci, “Finiks Sanz”ın forvardı Kevin Dürant 89,1 milyon dollarla 10-cu sıradadır.
İlk “10-luq”da boksçu Saul Alvares (110 milyon dollar, 5-ci
yer), qolfçular Dastin Conson (107 milyon, 6-cı yer) və Fil Mikelsonun (106
milyon dollar, 7-ci yer) adları da var.