Novruzovdan Litviyada ilk qol

  • 22 May 2023 00:07
  • 52

Litva çempionatında 10-cu turun oyunları keçirilib.
 
Corner.az xəbər verir ki, azərbaycanlı hücumçu Nurlan Novruzovun formasını geyindiyi “Yonava” da növbəti matçına çıxıb.
 
Sözügedən komanda səfərdə “Baltiyos”un qonağı olub. Futbolçumuzun komandası bu oyunda məğlubiyyətə üzülüb - 1:2.
 
Nurlan bu oyunun 90-cı dəqiqəsində meydana çıxıb və 90+4-cü dəqiqədə matçın yekun nəticəsini müəyyənləşdirən qola imza atıb. Bu, onun Latviyadakı ilk qoludur.
 
“Yonava” 10 turdan sonra 4 xalla sonuncu pillədə qərarlaşıb.