Dani Alves: "Premyer Liqada oynamaq istəyərəm"

  • 12 Noyabr 2018 15:21
  • 261

PSG'nin brazilyalı müdafiəçisi Dani Alveş İngiltərə Premyer Liqasında çıxış etmək istədiyini etiraf edib. 

Corner.az goal.az-a istinadən məlumat verir ki, təcrübəli müdafiəçi karyerasını İngiltərədə başa vurmaq istədiyini bildirib. Alves deyib ki: “Premyer Liqa dünyanın ən yaxşı liqasıdır. Azarkeşlərin futbolçulara hörmətlə yanaşdığı çempionatda həyəcan, ehtiras daha güclü olur. İngiltərədə məhz belədir. Karyeramı burada başa vurmaq arzumdur. Bütün hallarda Premyer Liqada olmaq istəyirəm. Hansı funksiyanı yerinə yetirəcəyimin əhəmiyyəti yoxdur”. 

Qeyd edək ki, Alves Juventus'dan PSG'yə transfer olunmuşdu.


SON YÜKLƏNƏNLƏR

Atletiko Xamesi istəyir

5 Avqust 2020 18:56

İvanoviçin yeni klubu

5 Avqust 2020 17:19

Millimizin baş məşqçisindən Qurban bayramı təbriki - FOTO

DAVAMI