UEFA Azərbaycana 70 nəfərlik heyət göndərdi

  • 19 Avqust 2019 14:36
  • 165

2020-ci ildə təşkil olunacaq Avropa çempionatının oyunlarına hazırlıq işləri ilə tanış olmaq məqsədilə UEFA nümayəndələrinin bu gün Bakıya işgüzar səfəri başlayıb.

Corner.az xəbər verir ki, 70 nəfərlik heyətlə paytaxtımıza gələn Avropa futbol təşkilatının nümayəndələri oyunların təşkilati prosesinə aidiyyəti olan müxtəlif sahələr üzrə işlərin gedişi ilə tanış olacaqlar.

UEFA nümayəndələrinin səfəri avqustun 22-dək davam edəcək. Həmin gün, eyni zamanda, Avro-2020-nin UEFA sponsorlarının da nümayəndələri Bakıya gələcək, Bakı Olimpiya Stadionu, şəhərimizdəki otellər, Fan zonanın təşkil olunması planlaşdırılan ərazilərlə tanış olacaqlar.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin müvafiq qərarına əsasən, Avro-2020-nin 4 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. İyunun 13-də, 17-də və 21-də A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final mərhələsinin qarşılaşması BOS-da təşkil olunacaq