AFFA 7 klubu cərimələdi

  • 17 Sentyabr 2019 13:24
  • 89

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Premyer Liqasının 4-cü turunda baş verən hadisələr müzakirə olunub.

Corner.az PFL-in saytına istinadən xəbər verir ki, “Sumqayıt” – “Zirə” matçında “Sumqayıt” və “Zirə”nin  bəzi rəsmiləri “A” buraxılışından istifadə etmədiyinə görə hər iki klub 800 manat cərimə olunub.

“Sabah” – “Qəbələ” oyununda “Sabah” və “Qəbələ"nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 800 manat cərimə olunub.

"Keşlə” – “Səbail” görüşündə “Keşlə” və “Səbail”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 800 manat cərimə olunub.

“Qarabağ” – “Neftçi” matçında “Qarabağ”ın rəsmi şəxsləri “A” buraxılışından istifadə etmədiyinə görə klub 800 manat cərimə olunub.