Barselona'nın futbolçusu sıradan çıxdı

  • 18 Sentyabr 2019 22:49
  • 225

Barselona klubu ciddi itki ilə üzləşib.

Corner.az xəbər verir ki, Kataloniya təmsilçisinin futbolçusu Jordi Alba sıradan çıxıb.
 
İspaniyalı futbolçu UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində “Borussiya Dortmund”la səfər matçında zədələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Mətbuat xidməti Albanın dəqiq nə vaxt yaşıl meydanlara qayıdacağını açıqlamayıb. Amma İspaniya mətbuatına  görə, 30 yaşlı müdafiəçi azı 2 həftə yaşıl meydanlardan uzaq qalacaq.