Beşiktaş onu itirdi

  • 7 Oktyabr 2019 13:50
  • 237

“Beşiktaş” ciddi itkilərlə üzləşib.

Corner.az xəbər verir ki, “qara qartallar”ın futbolçuları Dorukan Toköz, Kevin Nkudu və Oğuzhan Özyakup sıradan çıxıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Superliqanın 7-ci turunun “Alanyaspor”la görüşdə diz bağları qopan Dorukan əməliyyat olunacaq. 23 yaşlı yarımmüdafiəçinin 4 ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb. Kevin Nkudu və Oğuzhan Özyakupun isə bu gündən müalicələrinə start verilib. Hər iki futbolçunun  zədəsi elə də ciddi deyil və onların tezliklə komanda ilə birgə məşqlərə başlanacağı gözlənilir.


SON YÜKLƏNƏNLƏR

Boatenqin yeni klubu

29 Sentyabr 2020 09:34

Liverpul'dan Bundesliqa klubuna

29 Sentyabr 2020 09:21

Futbolçu klub prezidentini öldürməkdə ittiham olunur

DAVAMI