"Qarabağ"da ciddi itki - Mahirin durumu müəyyənləşdi

  • 2 Noyabr 2019 14:25
  • 94

Premyer Liqanın dünən keçirilən "Neftçi" - "Qarabağ" matçının 90+5-ci dəqiqəsində zədələnən Ağdam klubunun hücumçusu Mahir Emreli uzun müddətli sıradan çıxıb.

Corner.az-ın xəbərinə görə, gənc futbolçu 4 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Bu səbəbdən futbolçu Premyer Liqanın bir neçə oyunu ilə yanaşı, Avropa Liqasında APOEL və Sevilya ilə səfər matçların da komandasına kömək edə bilməyəcək.