Millimizin üzvü yeni imicdə - FOTO

  • 6 Noyabr 2019 16:12
  • 73

Azərbaycan millisinin üzvü Rüfət Dadaşov imicini dəyişib.

Corner.az xəbər verir ki, Almaniya 3-cü Bundesliqasında mübarizə aparan "Proyssen"də çıxış edən 26 yaşlı hücumçu yerli mətbuata açıqlamasında yeni saç düzümünü çox bəyəndiyini deyib:

"Məncə, bu, daha yaxşıdır. Yeni saç düzümünü sınaqdan çıxarmaq istədim. Rəfiqəm Lora əvvəlcə bədbin əhval-ruhiyyədə idi, daha pisini gözləyirdi. İndi isə onun özünə də belə yaxşıdır". (qol)