Mançester Siti Uolker ilə zarafat etdi - VİDEO

  • 7 Noyabr 2019 14:19
  • 193

“Mançester Siti” klubu futbolçusu Klaudio Bravo Çempionlar Liqasında əvəzetmədən meydanda daxil olandan sonra qırmızı vərəqə alan ilk qapıçı kimi tarixə düşüb.

Corner.az xəbər verir ki, 36 yaşlı çilili qapıçı “şəhərlilər”in səfərdə “Atalanta” ilə heç-heçə etdiyi matçda antirekorda imza atıb. O, qarşılaşmanın 46-cı dəqiqəsində zədələnən Edersonun əvəzinə meydana daxil olsa da, 81-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.

Ehtiyatda qapıçı qalmadığından, sonuncu əvəzetmədən meydana çıxan Kayl Uoker “çərçivə”yə keçib və qol buraxmayıb. Oyundan sonra “Mançester Siti”nin mətbuat xidməti rəsmi saytdakı “komanda” bölməsində 29 yaşlı müdafiəçini qapıçı mövqeyinə keçirərək, onunla zarafat edib.