Platini UEFA-dan 7.2 milyon avro tələb edir

  • 8 Noyabr 2019 20:53
  • 26

UEFA-nın sabiq prezidenti Mişel Platini Avropa futbol qurumunun ona olan əməkhaqqı borcunun ödənilməsi üçün məhkəməyə müraciət edib.

Corner.az-ın AFP-yə istinadən verdiyi məlumata görə, 64 yaşlı fransalı funksioner 7,2 milyon avro tələb edir. Bunun 5,5 milyon avrosu əməkhaqqı borcudur. 

Qeyd edək ki, Mişel Platini UEFA-ya 2007 - 2015-ci illərdə rəhbərlik edib. 2015-ci il oktyabrın 8-də FIFA Etika Komitəsinin Arbitraj Palatası korrupsiyada ittiham olunan veteran futbolçunu 90 gün müddətinə vəzifəsindən kənarlaşdırıb. Dekabrın 21-də isə Platini 8 il müddətinə diskvalifikasiyaya məruz qalıb. Lakin 2016-cı ilin mayında cəza müddəti 4 ilə endirilib və bu ilin oktybarında başa çatıb.(report)