Özil və Kolaşinaça silahlı hücum edən şəxsə 10 illik həbs cəzası

  • 8 Noyabr 2019 22:52
  • 46

 “Arsenal”ın futbolçuları Məsut Özil və Sead Kolaşinaça silahlı hücum edən şəxslərdən birinin cəzası müəyyənləşib.

Corner.az xəbər verir ki, Eşli Smit adlı şəxsə 10 illik həbs cəzası verilib.
 
30 yaşlı Eşli Smit sözügedən cinayəti 26 yaşlı Cordan Northoverlə birgə törədib. Maskalı halda motosikletlə Özilin avtomobilini təqib edən həmin şəxslər silahla onlardan bahalı saatlarını və digər qiymətli əşyalarını tələb ediblər. Hadisə zamanı Özilin həyat yoldaşı da avtomobildə olub. Amma Kolaşinaçın sayəsində cinayətkarlar istəklərinə çatmadan hadisə yerindən qaçmışdılar. 
 
London polisinin apardığı araşdırmalar nəticəsində onlar tapılaraq məhkəməyə çıxarılıblar. Onlar günahlarını etiraf ediblər. Cinayətin əsas təşəbbüskarı olan Eşli Smit 10 il müddətinə azadlıqdan məhrum edilib. Cordanla bağlı yekun qərar isə daha sonra veriləcək.