Mançesterdə çox xuliqanlıq etmişəm - Pike

  • 30 Noyabr 2019 18:17
  • 47

"Barselona"nın futbolçusu Jerar Pike "Mançester Yunayted"də çıxış etdiyi dövr haqqında danışıb.

Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı müdafiəçi həmin vaxtlarda tez-tez polis şöbəsinə aparıldığını bildirib: "Mançesterdə çox xuliqanlıq etmişəm. Dəfələrlə polis şöbəsinə düşmüşəm. Bunlardan danışmasam, daha yaxşıdır. O vaxt gənc idim. Ağlım başımda deyildi"

Qeyd edək ki, J.Pike 2004-2008-ci illərdə "qırmızı şeytanlar"ın formasını geyinib.(qol)