Paşayevin komandası səfərdən xalsız döndü

  • 2 Dekabr 2019 09:59
  • 21

Ukrayna Premyer Liqasında 16-cı turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, yığmamızın müdafiəçisi Pavel Paşayevin şərəfini qorduğu “Aleksandriya” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Desna” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb – 0:2.
 
Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 60-cı dəqiqədə əvəzlənib.
 
“Aleksandriya” 16 turdan sonra 27 xalla 12 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.