Beyl və komanda yoldaşlarına qolf qadağası

  • 2 Dekabr 2019 19:54
  • 46

Uels Futbol Federasiyası bu ölkənin milli komandasının üzvlərinə AVRO-2020 zamanı qolf oynamağa icazə verməyəcək.

c.az xəbər verir ki, bu barədə federasiyanın baş katibi Conatan Ford Britaniya mətbuatına açıqlamasında futbolçulara belə bir qadağa qoyacaqlarını bildirib:
 
“Bəzi futbolçularımızın qolfa olan sevgisini normal qarşılayıram. Amma Avro-2020 zamanı diqqətli olmalıyıq. Onların qolf oynamalarına icazə verməklə sağlıqlarını və qitə birinciliyinə konsentrasiyasını riskə ata bilmərik. Baş məşqçi Rayan Giqqz də bu qadağanı dəstəkləyir. O, turnir ərzində bütün fikrimizin yalnız futbolda olmasını istəyir”.
 
Qeyd edək ki, Uels yığması Avro-2020-də Türkiyə, İtaliya və İsveçrə ilə bir qrupda mübarizə aparacaq.