Onlar Qızıl top'u qazana bilmədilər

  • 2 Dekabr 2019 23:48
  • 107

"Qızıl top” mükafatına namizəd futbolçuların siyahısında 11-30-cu yerləri tutan oyunçular müəyyənləşib.

Corner.az xəbər verir ki, “France Football” jurnalı apardığı sorğunun nəticəsini qismən açıqlayıb.
 
İlk onluqda yer alan futbolçular bəlli olmasa da, sonrakı pillələrdə qərarlaşanlar futbolçular bunlardı:
 
11. Frenki de Yonq (Hollandiya, “Barselona”)
12. Rahim Sterlinq (İngiltərə, “Mançester Siti”)
13. Eden Azar (Belçika, “Real”)
14. Kevin de Breyne (Belçika, “Mançester Siti”)
15. Matteys de Liqt (Hollandiya, “Yuventus”)
16. Serxio Aquero (Argentina, “Mançester Siti”)
17. Roberto Firmino (Braziliya, “Liverpul”)
18. Antuan Qrizmann (Fransa, “Barselona”)
19. Trent Aleksander-Arnold (İngiltərə, “Liverpul”)
20. Pyer-Emerik Obameyanq (Qabon, “Arsenal”)
20. Duşan Tadiç (Serbiya, “Ayaks”)
22. Uqo Lyoris (Fransa, “Tottenhem”)
22. Son Hın Min (Cənubi Koreya, “Tottenhem”)
24. Kalidu Kulibali (Seneqal, “Napoli”)
24. Mark-Andre ter Ştegen (Almaniya, “Barselona”)
26. Corcinyo Veynaldum (Hollandiya, “Liverpul”)
26. Kərim Benzema (Fransa, “Real”)
28. Joao Feliks (Portuqaliya, “Atletiko”)
28. Markinyos (Braziliya, PSJ)
28. Donni van de Bek (Hollandiya, “Ayaks”)
 
Qeyd edək ki, “Qızıl top” mükafatının sahibi bu gecə Parisdə təşkil olunacaq xüsusi mərasimdə açıqlanacaq.