Qızıl top'un sahibi bəlli oldu

  • 3 Dekabr 2019 00:46
  • 81

"France Football" nəşri tərəfindən ilin ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatının builki sahibi bəlli olub.

Corner.az xəbər verir ki, qalibin adı Parisin "Teatr ve Opera Binası"nda keçirilən mərasimdə açıqlanıb. Bu, Barselona'nın kapitanı Lionel Messidir. 32 yaşlı hücumçu karyerası ərzində 6-cı dəfə bu mükafata layiq görülüb. 

Qeyd edək ki,  "Qızı top"a namizədlər arasında Messidən başqa Kriştiano Ronaldo ("Yuventus", Portuqaliya) və Vircil van Deyk ("Liverpul", Niderland) də var idi.