Alisson ilin ən yaxşı qapıçısı seçildi

  • 3 Dekabr 2019 01:00
  • 25

2019-cu ilin ən yaxşısı qapıçısı müəyyənləşib.

Corner.az xəbər verir ki, “France Football” nəşrinin keçirdiyi sorğuya əsasən, Braziliya millisinin və “Liverpul”un qapıçısı Alisson Bekker ilin ən yaxşısı seçilib.

 
Almaniya yığmasının və “Barselona”nın qapıçısı Mark Andre ter Ştegen ikinci. Baziliya yığması və “Mançester Siti”də çıxış edən Ederson isə üçüncü olub.