UEFA-dan Mahir Emreli açıqlaması

  • 15 Sentyabr 2020 15:39
  • 123

UEFA Millətlər Liqasında I turun Lüksemburqla ev oyununda birbaşa qırmızı vərəqə alaraq cəzalandırılmış Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə bağlı qərarı gələn həftə verəcək. 

Corner.az xəbər verir ki, bu barədə qitə futbol qurumundan "Report"un sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, 23 yaşlı hücumçunun məsələsinə UEFA Nizam-İntizam Komitəsinin sentyabrın 22-dəki iclasında baxılacaq. Qərar qəbul olunduqdan bir neçə gün sonra ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, Mahir Emreli Lüksemburqla görüşün 26-cı dəqiqəsində rəqibi vurduğu üçün meydandan qovulub. "Qarabağ"ın futbolçusu bu səbəbdən Millətlər Liqasının II turunda Kiprlə səfər matçını avtomatik buraxıb. Azərbaycan yığması Lüksemburqa 1:2 hesabı ilə uduzsa da, Kipri yenməyi bacarıb - 1:0. 


SON YÜKLƏNƏNLƏR

Lester'dən Trabzonspor'a

25 Sentyabr 2020 22:27

Məşhur futbolçunun bacılarını döydülər

DAVAMI