Monteneqro üçün sürpriz edəcəyik - De Byazi

  • 16 Sentyabr 2020 10:40
  • 64

"UEFA Millətlər Liqasında Monteneqro və Kiprə qarşı oyunlarımız üçün heyəti nə qədər gec açıqlasam, o qədər yaxşıdır".

Corner.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi deyib.

64 yaşlı mütəxəssis növbəti oyunlarda da yeni 5-4-1 taktikasına üstünlük verib-verməyəcəyinə dair sualı konkret cavablandırmaq istəməyib: "Taktikanı indidən açıqlamaqla, nəyə görə Monteneqroya əlavə üstünlük verməliyik? Onsuz da bu rəqibin üstünlükləri var. Monteneqro üçün sürpriz edəcəyik. Əlbəttə, bu bir zarafatdır (gülür - E.M.)". 

İtaliyalı baş məşqçinin fikrincə, Monteneqro millisini qrupun favoritidir: "Onlar qrupun ən güclüsüdürlər. Həm reytinqcə, həm də oyunçuların səviyyələrinə görə üstündürlər".

Qeyd edək ki, Azərbaycan yığması UEFA Millətlər Liqasının I turunda evdə Lüksemburqa 1:2 hesabı ilə uduzub, Nikosiyada "Kipr"i 1:0 hesabı ilə üstələyib. Canni De Byazinin baş məşqçi olduğu komanda oktyabrın 10-da Monteneqronun qonağı olacaq, 3 gün sonra isə Kipri qəbul edəcək.(report)