Azərbaycan - Serbiya matçının stadionu açıqlandı

  • 14 Yanvar 2021 08:19
  • 59

Azərbaycan milli komandasının DÇ-2022-nin seçmə mərhələsində ilk ev oyununu keçirəcəyi stadion müəyyənləşib.

Corner.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan - Serbiya qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək.

Martın 30-da oynanılacaq matç saat 20:00-da başlayacaq.