Canni De Byazi: Qrupda 4-cü yer məni qane etməyəcək

  • 23 Fevral 2021 08:18
  • 34

"Albaniya yığmasındakı şəraiti nəzərə alaraq həmin uğuru əldə edəcəyimizi heç kim təsəvvür edə bilməzdi. Hazırkı komandamda isə yeni mentalitet və beynəlxalq yarışlara fərqli yanaşma formalaşdırmağa çalışıram".

Corner.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi "Calciosovietico" nəşrinə açıqlamasında deyib.

O bildirib ki, komandada yaxşı iş planlaşdırmaq imkanı ilə əla struktur mövcuddur: "Biz gəncləri yetişdirməyə çalışmalı və onların praktikalarını genişləndirməli, təlim-məşq toplanışları təşkil etməliyik. Bunlar gənclərin texniki və taktiki artımına istiqamətlənib".

İtaliyalı baş məşqçi seçmə mərhələ barədə iddialı söyləyib: "Biz qrupda 5-ci komanda kimi mübarizəyə başlayırıq. Amma məni 4-cü yer qane etmir. Biz məğlub düşüncələri rədd etməyə çalışmalıyıq. Bütün imkanlardan yararlanmaqla qərarlı və intellektli komanda olduğumuzu göstərmək istədiyimizə çox inanıram".

De Byazi İtaliya futbolunun Azərbaycanda inkişaf etməkdə olduğunu da vurğulayıb: "Bizim futbol Azərbaycanda çox məşhurdur. Bir çox insan İtaliya komandalarına azarkeşlik edir. Bilirəm ki, "Yuventus", "Milan", "İnter" və "Roma"nın xeyli tərəfdarı var".


SON YÜKLƏNƏNLƏR

Azərbaycan atleti finala yüksəldi

DAVAMI