Polşa klubunun futbolçusu Azərbaycan millisinə çağırıldı

- 17 Avqust 2021 13:01
- 5151
Polşanın “Visla” klubunda çıxış edən Anton Krivotsyuk Azərbaycan millisinə dəvət alıb.
Corner.az xəbər verir ki, bu barədə Plotsk təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 23 yaşlı müdafiəçi millinin DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Lüksemburq, Portuqaliya və İrlandiyaya qarşı keçirəcəyi oyunlar üçün heyətə çağırılıb.
Azərbaycan yığması sentyabrın 1-də Lüksemburq, 4-də İrlandiya, 7-də isə Portuqaliya ilə qarşılaşacaq. Hər üç oyun səfərdə olacaq.