Azərbaycan millisi divizion klubuna qalib gəldi

  • 26 Sentyabr 2021 11:15
  • 34

Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq prosesi çərçivəsində yoxlama oyunu keçirib.

Corner.az xəbər verir ki, 1-ci divizion təmsilçisi “Keşlə-2” komandası ilə qarşılaşan milli 2:0 hesabıyla qələbə qazanıb.

U-17-nin qollarını Murad Ələkbərov və Murad Məmmədov vurub.