İtaliya mətbuatı: AFFA Canni De Byazini göndərir

  • 16 Noyabr 2021 17:20
  • 106

AFFA Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə yollarını ayıracaq.

Corner.az-ın məlumatına görə, bu barədə İtaliyanın "TuttoMercato" nəşri məlumat yayıb.

Məlumatda, uğursuz nəticələr səbəbindən 65 yaşlı mütəxəssisin noyabrın 30-da başa çatacaq müqaviləsi yenilənməyəcəyi vurğulanıb.

Qeyd edək ki, Canni De Byazi Azərbaycan millisinə 2020-ci ilin avqustunda baş məşqçi təyin olunub. Milli komanda onun rəhbərliyi altında keçirdiyi 20 oyunda 2 qələbə qazanıb, 6 dəfə heç-heçə edib və 12 dəfə məğlub olub.