Azərbaycan millisi Zambiya yığmasına məğlub oldu

  • 13 May 2022 21:45
  • 36

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Gürcüstanda təşkil edilən UEFA İnkişaf turnirində ilk oyununu keçirib. Corner.az xəbər verir ki, Zambiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 1:3 hesabı ilə məğlub olub. 
 
Komandamızın heyətində 28-ci dəqiqədə Musa Məmmədov fərqlənib.
 
U-17 növbəti oyununu mayın 16-da gürcüstanlı yaşıdlarına qarşı keçirəcək.