Millimiz mübarizəyə başlayır

  • 21 Sentyabr 2022 11:27
  • 43

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirəcək. Corner.az xəbər verir ki, millimiz bu gün Bolqarıstanın Albena şəhərində keçirələcək oyunda Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
 
Oyunu Estoniyadan olan hakim idarə edəcək:
 
Azərbaycan – Bolqarıstan
Baş hakim: Joonas Jaanovits (Estoniya)
Baş hakimin köməkçiləri: Aron Harsing (Estoniya), Egill Gudvardur Gudlaugsson (İslandiya)
Dördüncü hakim: Helgi Mikael Jonasson (İslandiya)
21 sentyabr. Albena. Saat 18:00.