Millimizin oyunlarının təqvimi açıqlandı

  • 25 Sentyabr 2022 19:37
  • 51

19 yaşadək qadın futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarının təqvimi müəyyənləşib. Corner.az xəbər verir ki, Millətlər Liqası formatında təşkil olunacaq seçmə mərhələ oyunlarında millimiz B Liqasının 1-ci qrupda Xorvatiya, Monteneqro və Kipr komandaları ilə mübarizə aparacaq.
 
Bu qrupun oyunları Xorvatiyada keçiriləcək.
 
Oyunların təqvimini diqqətinizə çatdırırıq:
 
Monteneqro – Azərbaycan
4 oktyabr. Poreç. Veli Joze stadionu. Saat 17:30
 
Azərbaycan – Kipr
7 oktyabr. Poreç. Veli Joze stadionu. Saat 17:30
 
Azərbaycan – Xorvatiya
10 oktyabr. Poreç. Veli Joze stadionu. Saat 13:00