Birinci yer uğrunda mübarizə apara bilərdik

  • 25 Sentyabr 2022 22:23
  • 84

"Çox yaxşı oynadıq. İlk hissədə topla tez davrana bilmirdik. İkinci hissədəki dəyişikliklərdən sonra istədiyimiz alındı".

Corner.az-ın məlumatına görə, bunu Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi Bakıda Qazaxıstana 3:0 hesabı ilə qələbə qazandıqları UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

İtaliyalı mütəxəssis oyundan öncə qrupu ikinci yerdə bitirəcəklərinə inandığını  bildirib: "Çünki Slovakiya qrupun favoriti idi. Təəssüf ki, ilk matçda Qazaxıstana uduzduq. Biz 1-ci yer uğrunda mübarizə apara bilərdik. Fikrimcə, 6 oyunun hamısında yaxşı təsir bağışladıq".