Avstriya – Azərbaycan matçının məkanı bəlli oldu

  • 24 Noyabr 2022 11:39
  • 73

Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində Avstriya ilə səfər oyununun Linsdə keçiriləcəyi dəqiqləşib. Corner.az xəbər verir ki, bunu Avstriya Futbol Assosiasiyasının maliyyə meneceri Bernhard Neuhold açıqlayıb.
 
O bildirib ki, seçmə mərhələdə Azərbaycan və Estoniya ilə ilk iki ev matçı yeni tikilən “Raiffeisen Arena”da baş tutacaq. Bununla Avstriya yığması 1981-ci ildən sonra ilk dəfə Linsdə rəsmi görüşə çıxacaq.
 
17 min tamaşaçı tutumuna malik “Raiffeisen Arena”da açılış matçı fevralın 24-də ölkə çempionatının XIX turu çərçivəsində LASK-la “Lustenau” arasında olacaq.
 
Qeyd edək ki, AVRO-2024-ün seçmə mərhələsinin ilk iki turunda Avstriya millisi martın 24-də Azərbaycanı, 27-də isə Estoniyanı qəbul edəcək.