Azərbaycan millisinin İsveçlə oyununun biletləri satışa çıxarıldı

- 1 Fevral 2023 11:08
- 102
2024-cü il Avropa çempionatının seçmə mərhələsinin II turunda keçiriləcək İsveç - Azərbaycan oyununun bilet satışına start verilib.
Corner.Az xəbər verir ki, bu barədə İsveç Futbol Assosiasiyası məlumat yayıb.
Biletlərin qiyməti sektordan asılı olaraq 150-300 İsveç kronu (təxminən 25-50 manat), xüsusi assosiasiya biletlərinin qiyməti isə 75 krona (12 manat) bərabərdir.
Qeyd edək ki, İsveç – Azərbaycan matçı martın 27-də Stokholmdakı “Friends Arena”da keçiriləcək.