Millimiz ərəblərlə heç-heçə etdi

  • 8 Fevral 2023 22:18
  • 61

Antalyada təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti oyununu keçirib.
Corner.Az xəbər verir ki, Səudiyyə Ərəbistanının U-18 komandası ilə qarşılaşma 2:2 hesabı ilə nəticələnib.
Millimizin qollarını 5-ci dəqiqədə Murad Məmmədov və 90-cı dəqiqədə penaltidən Sadiq Şəfiyev vurublar. U-19 eyni rəqiblə fevralın 11-də növbəti dəfə üz-üzə gələcək.