Yığmamızın oyunlarının vaxtı və məkanı açıqlandı

  • 21 Fevral 2023 10:52
  • 91

Avropa çempionatının 2022/2023-cü illər mövsümünün ikinci mərhələsində mübarizə aparacaq 17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının oyunlarının təqvimi açıqlanıb.

Corner.az AFFA-nın saytına istinadən xəbər verir ki, UEFA Millətlər Liqası formatında təşkil olunan seçmə mərhələ oyunları 22, 25, 28 mart tarixlərində Bosniya və Herseqovinada təşkil olunacaq. B Liqasının 2-ci qrupunda mübarizə aparan komandamızın oyunlarının təqvimini nəzərinizə çatdırırıq:

22 mart

17:00 Azərbaycan – Qazaxıstan
Novi Gradski stadionu (Ugljevik)

25 mart

17:00 Bosniya və Herseqovina - Azərbaycan
Etno Selo Stanişiçi stadionu (Biyelina)

28 mart

16:00 Monteneqro – Azərbaycan
Etno Selo Stanişiçi stadionu (Biyelina)

 Qeyd: Oyunlarına başlama saatı Bakı vaxtı ilə göstərilib.