Azərbaycan millisi üçün iki yoldaşlıq görüşü

- 21 Fevral 2023 14:47
- 65
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi iki yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Corner.az xəbər verir ki, yığmamız martın 24-də və 27-də çıxış edəcək.
U-19 həmin günlərdə Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.
Görüşlərin məkanı və başlama vaxtı hələlik məlum deyil.