Millimizin baş məşqçisi Gəncəyə getdi

- 10 Mart 2023 15:20
- 57
Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazı Misli Premyer Liqasının iki oyununu izləyəcək.
Corner.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu məqsədlə Qərb zonasına səfər edən millimizin baş məşqçisi Misli Premyer Liqasının XXVI turu çərçivəsində bu gün Gəncə şəhər stadionunda keçiriləcək “Kəpəz” – “Zirə”, martın 11-də isə Tovuz şəhər stadionunda təşkil ediləcək “Turan Tovuz” – “Qəbələ” oyununu izləyəcək.