Millimizin oyunlarını idarə edəcək hakimlər açıqlandı

  • 14 Mart 2023 11:47
  • 55

Avropa çempionatının 2022/2023-cü illər mövsümünün ikinci mərhələsində mübarizə aparacaq 17 yaşadək qız futbolçulardan ibarət Azərbaycan milli komandasının oyunlarını idarə edəcək hakimlər açıqlanıb.
 
Corner.az xəbər verir ki, UEFA Millətlər Liqası formatında təşkil olunan seçmə mərhələ oyunları 22, 25, 28 mart tarixlərində Bosniya və Herseqovinada təşkil olunacaq.
 
B Liqasının 2-ci qrupunda mübarizə aparacaq komandamızın oyunlarını idarə edəcək hakimləri nəzərinizə çatdırırıq:
 
Azərbaycan –  Qazaxıstan
22 mart. Saat 17:00. Novi Gradski stadionu (Ugljevik)
Baş hakim: Viki De Cremer (Belçika)
Baş hakimin köməkçiləri: Margot Jacobs (Belçika), Merima Tanoviç (Bosniya və Herseqovina)
Dördüncü hakim: Almasa Hodzic (Bosniya və Herseqovina)
 
Bosniya və Herseqovina – Azərbaycan
25 mart. Saat 17:00. Etno Selo Stanişiçi stadionu (Biyelina)
Baş hakim: Ana Maria Alexandra Terteleac (Rumıniya)
Baş hakimin köməkçiləri: Alexandra Apostu (Rumıniya), Ana Ciobotaru (Moldova)
Dördüncü hakim: Elena Gobjila (Moldova)
 
Monteneqro – Azərbaycan
28 mart. Saat 16:00. Etno Selo Stanişiçi stadionu (Biyelina)
Baş hakim: Elena Gobjila (Moldova)
Baş hakimin köməkçiləri: Ana Ciobotaru (Moldova), Merima Tanoviç (Bosniya və Herseqovina)
Dördüncü hakim: Almasa Hodzic (Bosniya və Herseqovina)
 
Qeyd: Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.