Trabzonspor'un etirazı rədd edildi - Beşiktaş ÇL-da

  • 30 İyul 2020 23:29
  • 66

İdman Arbitraj Məhkəməsi (CAS) “Trabzonspor”un avrokuboklardan kənarlaşdırılmaqla bağlı şikayətinə baxıb.

Corner.az xəbər verir ki, qaradənizlilərin etirazı rədd edilib və UEFA-nın 1 illik cəza qərarı qüvvədə qalıb.

CAS-ın açıqlamasında bildirilib ki, “Trabzonspor”un 2019-cu il üçün maliyyə öhdəliklərini yerinə yetirmədiyi bir daha təsdiqlənib.

Bununla da, 2020/21 mövsümündə Çempionlar Liqasında Superliqanın gümüş mükafatçısı “Trabzonspor” yox,  3-cü pillənin sahibi “Beşiktaş” oynayacaq.

Qeyd edək ki, Türkiyəni Çempionlar Liqasında “Başakşəhər” və “Beşiktaş”, Avropa Liqasında “Sivasspor”, “Alanyaspor” və “Qalatasaray” təmsil edəcək.(qol)


SON YÜKLƏNƏNLƏR

Atletiko Xamesi istəyir

5 Avqust 2020 18:56

İvanoviçin yeni klubu

5 Avqust 2020 17:19

Millimizin baş məşqçisindən Qurban bayramı təbriki - FOTO

DAVAMI