Real Atalanta səfərinə 9 itki ilə getdi

  • 22 Fevral 2021 18:56
  • 49

"Real” UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Atalanta” klubuna qarşı keçirəcəyi səfər oyunu öncəsi ciddi itkilərlə üzləşib.
 
Corner.az xəbər verir ki, "Kral klubu" bu görüş ərəfəsində cəmi 13 futbolçudan yararlana biləcək.
 
Bu üzdən də baş məşqçi Zinədin Zidan əvəzedici komandadan 6 futbolçunu əsas komandaya cəlb edib. Bunlar Dieqo Altube, Viktor Çust, Migel, Serxio Arribas, Antonio Blanko və Uqo Durodur.
 
Bu gün İtaliyaya yola düşən Madrid təmsilçisinin iştirak ərizəsinə daxil edilmiş oyunçular bunlardır:
 
Qapıçılar: Tibo Kurtua, Andrey Lunin, Dieqo Altube;
 
Müdafiəçilər: Rafael Varan, Naço, Ferlan Mendi, Viktor Çust, Migel;
 
Yarımmüdafiəçilər: Toni Kroos, Luka Modriç, Kazemiro, İsko, Serxio Arribas, Antonio Blanko;
 
Hücumçular: Marko Asensio, Lukas Vaskes, Vinisius Junior, Mariano Dias, Uqo Duro.
 
Qeyd edək ki, “Atalanta” – “Real” matçı fevralın 24-də keçiriləcək. Madrid təmsilçisində 9 (!) futbolçu zədə səbəbindən Berqamoya aparılmayıb. Bunlar müdafiəçilər Eder Militao, Serxio Ramos, Marselo, Dani Karvaxal, Alvaro Odriosola, yarımmüdafiəçilər Federiko Valverde, Eden Hazard, hücumçular Rodriqo və Kərim Benzemadır.

SON YÜKLƏNƏNLƏR

Everton'da yeni müqavilə

24 Fevral 2021 21:31

Millimizin üzvü Fransa klubu ilə müqavilə bağladı

DAVAMI