Benzema Karlosun rekordunu qırdı

  • 7 Aprel 2021 07:59
  • 33

"Real Madrid"in futbolçusu Kərim Benzema komandanın tarixinə düşüb.

Corner.az-ın məlumatına görə, 33 yaşlı hücumçu Kral klubunun heyətində Çempionlar Liqasında 108-ci oyununa çıxıb.

Fransalı forvard "Liverpul"u 3:1 hesabı ilə məğlub etdikləri 1/4 final mərhələsinin ilk matçında Madrid təmsilçisinin sabiq futbolçusu Roberto Karlosun rekordunu qırıb.

"Real Madrid"də indiyədək yalnız 3 futbolçu Çempionlar Liqasında Benzemadan daha çox oyuna çıxıb. Hazırkı kapitan Serxio Ramos 128, keçmiş hücumçu Raul Qonsales 130, sabiq qapıçı İker Kasilyas isə 150 qarşılaşmada meydanda olub.

Qeyd edək ki, Kərim Benzema 2009-cu ildən "Real Madrid"in formasını geyinir.


SON YÜKLƏNƏNLƏR

Atletiko onu itirdi

12 Aprel 2021 21:52

Şəhid Rafət Qulamov xatirəsinə turnir keçirildi - FOTOLAR

DAVAMI

Warning: Unknown: write failed: No space left on device (28) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/home/corner/tmp) in Unknown on line 0