Bavariya PSJ-yə, Portu Çelsi'yə uduzdu

  • 7 Aprel 2021 23:00
  • 29

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

Corner.az xəbər verir ki, 1/4 final mərhələsinin digər görüşləri bu gün baş tutub.

Son çempion “Bavariya” doğma meydanda PSJ-ni qəbul edib. Beş qolun qeydə alındığı matçda qonaqlar qələbə qazanıb. 1/8 final mərhələsində “Yuventus”u mübarizədən kənarlaşdıran “Portu”  isə doğma meydanda “Çelsi” ilə üz-üzə gəlib. Bu görüşdə də qonaqlar inamlı qələbə qazanıb.

Çempionlar Liqası, 1/4 final mərhələsi, ilk oyunlar

6 aprel

Mançester Siti (İngiltərə) – Borussiya (Dortmund, Almaniya) 2:1
Qol: De Bruyne, 19. Foden, 90 – Roys, 84.

Mançester Siti: Ederson, Kanselo, Dias, Stounz, Uolker, İ.Gündoğan, Rodri, Foden, De Bruyne, Mahrez, B.Silva.
Borussiya: Hits, Bauza, Akanji, Hummels, Gerreyro, Bellingem, E.Can, Dahud, Knauff, Haland, Roys.

Real (İspaniya) – Liverpul (İngiltərə) 3:1
Qol: J.Vinisius, 27; 65. Asensio, 36 – Salah, 51.

Real: Kurtua, Mendi, Naço, Militan, Lukas, Modriç, Kazemiro, Kroos, J.Vinisius, Benzema, Asensio.
Liverpul: Alisson, Aleksander-Arnold, O.Kabak, Filips, Robertson, Keyta, Fabinyo, Veynaldum, Salah, Jota, Mane.

7 aprel

Bavariya (Almaniya) – PSJ (Fransa) 2:3
Qol: Şupo-Motinq, 37. Müller, 60 – Mbappe, 3; 68. Markinyos, 28.

Portu (Portuqaliya) – Çelsi (İngiltərə) 0:2
Qol: Maunt, 32. Çiluell, 85.


SON YÜKLƏNƏNLƏR

Atletiko onu itirdi

12 Aprel 2021 21:52

Daha bir ağırlıqqaldıranımız medal qazandı

DAVAMI