Mbappe Mançester Siti ilə oyunu buraxa bilər

  • 3 May 2021 09:53
  • 48

PSJ klubunda bir neçə gün əvvəl zədələnən hücumçu Kilian Mbappe hələ komanda ilə məşqlərə başlamayıb.

Corner.az xəbər verir ki, bu barədə “Lequipe” nəşri məlumat yayıb. Mbappe zədə səbəbindən Liqa 1-in “Lans”la matçında (2:1) komandasına kömək edə bilməmişdi.

22 yaşlı hücumçunun Çempionlar Liqasının yarımfinal mərhələsinin “Mançester Siti” ilə cavab matçında iştirak etməsi sual altındadır.

Mayın 4-də keçiriləcək “Mançester Siti” – PSJ oyunu saat 23:00-da start götürəcək. Komandalar arasında Parisdə keçirilən ilk oyunda “Mançester Siti” 2:1 hesablı qələbə qazanıb.